BDU-da müasir texniki avadanlıqlarla təmin edilmiş auditoriyaların açılışı olub

BDU-da müasir texniki avadanlıqlarla təmin edilmiş auditoriyaların açılışı olub Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən layihə nəticəsində əsaslı təmir və müasir texniki avadanlıqlarla təmin edilmiş auditoriyaların açılış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov ölkələr arasında bütün sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin və 2006-cı ildə Prezident İlham Əliyevin Yaponiyaya səfərlərini xüsusi vurğulayıb.
Bu münasibətlərin elm-təhsil müstəvisində də sürətlə inkişaf etdiyini söyləyən akademik Abel Məhərrəmov bu ilin sentyabrında Azərbaycanın Yaponiya ilə diplomatik münasibətlərinin 25 ilinin tamam olduğunu qeyd edib. O, müəllim-tələbə heyətinin ixtiyarına veriləcək bu auditoriyaları həm də həmin yubileylə əlaqələndirib. Rektor Abel Məhərrəmov Yapon dilinin Azərbaycanda ilk dəfə 2000-ci ildən BDU-da yüksək səviyyədə tədris olunduğunu bildirib, yeni tədris ilində dörd auditoriyanın istifadəyə verilməsini də Yaponiya dövləti tərəfindən universitetə göstərilən diqqət kimi dəyərələndirib.
Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori Avropa ilə Asiyanı birləşdirən Azərbaycanın Yaponiya üçün əhəmiyyətli ölkə olduğunu, münasibətlərimizin ötən illərdə davamlı şəkildə inkişaf etdiyini bildirib. BDU-nun bir çox məzunlarının səfirlikdə çalışdıqlarını və onların yalnız savadları ilə deyil, həm də yüksək mədəniyyətləri, qabiliyyətləri ilə fərqləndiklərini qeyd edib. Səfir nüasir avadanlıqlarla təmin edilmiş auditoriyaların istifadəyə verilməsini Yapon dilinin tədrisində səmərəli olacağını və tələbələrdə stimul yaradacağını da qeyd edib.
Çıxışlarda əsaslı təmir və müasir texniki avadanlıqlarla təchiz edilmiş, ümumilikdə 131 min manat vəsait hesabına başa gəlmiş auditoriyaların Yapon dilinin tədrisi istiqamətində faydalı olacağına əminlik ifadə edilib.
Onu da qeyd edək ki, bu tədris ilində BDU-nun Səməd Vurğun adına Poeziya otağı, Fiziki və kolloid kimya laboratoriyası, Qeyri-üzvi materialşünaslıq elmi-tədqiqat laboratoriyası, Ümumi və qeyri-üzvi kimyanın tədrisi laboratoriyası, magistr və doktorantlar üçün elmi-tədqiqat laboratoriyaları təmir olunaraq yeni avadanlıqlarla təchiz edilib. Bundan əlavə, əsas bina və 1 saylı binanın yeməkxanalarında, bir çox auditoriya və mərkəzlərdə də təmir işləri aparılıb.

BDU-nun Mətbuat Xidməti


BDU-da müasir texniki avadanlıqlarla təmin edilmiş auditoriyaların açılışı olubBDU-da müasir texniki avadanlıqlarla təmin edilmiş auditoriyaların açılışı olubBDU-da müasir texniki avadanlıqlarla təmin edilmiş auditoriyaların açılışı olubBDU-da müasir texniki avadanlıqlarla təmin edilmiş auditoriyaların açılışı olub

Oxşar xəbərlər