Marqvelaşvilidən çağırış: Nəticələri tanımayın

Marqvelaşvilidən çağırış: Nəticələri tanımayın Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Cənubi Osetiyada aprelin 9-na nəzərdə tutulmuş prezident seçkilərini və referendumu kəskin tənqid edib.

Təhsil-press.az-ın verdiyi məlumata görə, dövlət başçısı beynəlxalq ictimaiyyəti seçkilərin və referendumun nəticələrini tanımamağa çağırıb.
G.Marqvelaşvili işğal olunmuş ərazilərdə referendum və seçkilərin keçirilməsini qanunsuz hesab edir:
"Mərkəzi hakimiyyətin razılığı olmadan Gürcüstanın bölgəsinin adının dəyişdirilməsi üçün istənilən cəhd Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəsd etmək deməkdir".

Təhsil-press.az

Oxşar xəbərlər