Ankara və Vaşinqton arasında yaranan viza böhranına görə Amerika hökuməti məsuliyyət daşıyır.
Tehsil-press.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Serbiyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin lideri Aleksanr Vuçiçlə görüşündən sonra keçirilən mətbuat konfransında bəyan edib.
“Problemi yaradan biz olmadıq, bunda ABŞ günahkardır. Səfir özü belə qərar verirsə, ölkənin ali rəhbərliyi onu vəzifədən azad etməlidir. Əgər bizim səfir bunu etsəydi, mən onu bir dəqiqə belə vəzifədə saxlamazdım. Biz onu (Amerikanın Türkiyədəki səfiri Con Bass) ABŞ təmsilçisi kimi qəbul etmirik. Nə Xarici İşlər Nazirliyi, nə nazirlər, nə də mən onun vida ziyarətini qəbul etməyəcəyik”, - deyə Ərdoğan əlavə edib.
Xatırladaq ki, diplomatik qalmaqal ötən həftə İstanbulda ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılması səbəbindən başlayıb. Rəsmi Ankara onu ABŞ-da mühacirət həyatı yaşayan və keçən il Türkiyədə hərb çevriliş cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənlə əlaqədə şübhəli bilir.
ABŞ-ın Ankaradakı səfirliyi İstanbulda yerləşən Amerika konsulluğunun əməkdaşının həbsindən dərin narahatlıq keçirdiyini və ona qarşı irəli sürülən ittihamların əsassız, iki ölkə arasında tərəfdaş münasibətləri pozan addım olduğunu bildirib.
Bu qalmaqal Türkiyə və Birləşmiş Ştatlar arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsi prosesinin tam dayanması ilə nəticələnib.
Tehsil-press.az