QƏRB UNİVERSİTETİNDƏ ÇEXİYANIN NYUTON KOLLECİNİN MÜTƏXƏSSİSİNİN MÜHAZİRƏLƏRİ BAŞLAYIB

QƏRB UNİVERSİTETİNDƏ ÇEXİYANIN NYUTON KOLLECİNİN MÜTƏXƏSSİSİNİN MÜHAZİRƏLƏRİ BAŞLAYIB Qərb Universiteti Beynəlxalq Visegrad Fondu ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Qərb Universiteti "Azərbaycanda kiçik və orta müəssisələrin davamlı inkişafı üçün Visegrad dördlüyü ölkələrinin ən yaxşı təcrübələri” adlı layihəni həyata keçirir.
BU HƏFTƏ layihə çərçivəsində Qərb Universitetinin İqtisadiyyat məktəbində Çexiya Respublikasının Nyuton Kollecindən olan mütəxəssis Jiri Nesiba "Azərbaycanda kiçik və orta müəssisələrin davamlı inkişafı üçün Visegrad dördlüyü ölkələrinin ən yaxşı təcrübələri ” fənnini tədris etməyə BAŞLAYIB.
Qeyd edək ki, layihə 3 il ərzində davam edəcək və hər il bu fənni Çexiya Respublikasının Nyuton Kollecindən və Polşa Respublikasının Yegelon Universitetindən olan mütəxəssislər tədris edəcəklər.
Qeyd edək ki, Beynəlxalq Visegrad Fondu 9 iyun 2000-ci ildə Visegrad dördlük ölkələri olan Çexiya, Macarıstan, Polşa və Slovakiya Respublikası tərəfindən yaradılmış beynəlxalq təşkilatdır.
Qərb Universiteti ölkəmizdə bu fondla əməkdaşlıq edən yeganə universitetdir.
Qərb Universiteti tərəfindən icra edilən hazırkı layihə çərçivəsində təşkil olunan kurslarda Azərbaycanda kiçik və orta müəssisələrinin inkişafı siyasəti, müxtəlif iqtisadi aspektləri haqqında məlumatlar verilir, kiçik və orta müəssisələrinin davamlı inkişafı məqsədilə V4 ölkələrinin ən yaxşı təcrübələri öyrənilərək tətbiqi üçün konsultasiyalar təşkil edilir.

Mətbuat xidməti


QƏRB UNİVERSİTETİNDƏ ÇEXİYANIN NYUTON KOLLECİNİN MÜTƏXƏSSİSİNİN MÜHAZİRƏLƏRİ BAŞLAYIBQƏRB UNİVERSİTETİNDƏ ÇEXİYANIN NYUTON KOLLECİNİN MÜTƏXƏSSİSİNİN MÜHAZİRƏLƏRİ BAŞLAYIBQƏRB UNİVERSİTETİNDƏ ÇEXİYANIN NYUTON KOLLECİNİN MÜTƏXƏSSİSİNİN MÜHAZİRƏLƏRİ BAŞLAYIB

Oxşar xəbərlər