Qərb Universitetində Bilik Günü ilə bağlı tədbir keçirilib

Qərb Universitetində Bilik Günü ilə bağlı tədbir keçirilib 2017/2018-ci tədris ilinin başlanması münasibəti ilə Qərb Universitetində tədbir keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru professor Andris Leitas müəllimləri və tələbələri təbrik edib, onlara bu təhsil ilində uğurlar arzulayıb.
"Universitetimiz Azərbaycanın ilk özəl universitetlərindən biridir və ölkənizin zəngin tarixinin kiçik bir hissəsidir. Geridə qoyulan bu dövr təhsilin keyfiyyətini ən yüksək qərb və dünya standartlarına dəyişmək üçün əhəmiyyətli bir mərhələdir. Burada karyera inkişafı, ikili diplom əldə etmə şansı və gələcək həyatınızda sizə uyğun olan bir çox digər geniş imkanlar əldə edəcəksiniz” deyə rektor tələbə adını qazanmış gəncləri salamlayaraq bildirib.
A.Leitas Qərb Universitetində həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib. Bildirilib ki, bu gün fəaliyyətə başlayan yeni tədris binası olduqca müasir infrastruktura, maddi-texniki bazaya malikdir, burada ən yüksək standartlara cavab verən, unikal laboratoriyalar, eləcə də müasir auditoriyalar, müxtəlif mərkəzlər, kitabxana, idman zalı və yeməkxana qurulub.
Daha sonra çıxış edən universitetin müəllimləri də tələbələri təbrik edib, onlara öz tövsiyə və arzularını çatdırıblar.

Mətbuat xidməti



Oxşar xəbərlər