Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüş keçirib.
Səfirə BANM-in yaranma tarixi, tədris prosesi, beynəlxalq əlaqələri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən rektor iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğuladı. E.Qasımov qeyd etdi ki, BANM-in yaranmasında əsas məqsədlərdən biri müasir standartlara cavab verən yüksək ixtisaslı kadrların yetişdirilməsidir. Rektor vurğuladı ki, Azərbaycan və Polşa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf etməkdədir.
Səfir Marek Tsalka Azərbaycan və Polşa arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcud olduğunu bildirdi. O Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali məktəbin yaradılmasının sevindirici hal olduğunu və gənclərin mütəxəssis olaraq yetişməsində müsbət töhfə verəcəyini qeyd etdi. Səfir BANM ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və Polşa Respublikasının müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün gərəkli dəstəyi verməyə hazır olduğunu bildirdi.
Görüşün sonunda rektor səfirə “Fəxri qonaq” diplomunu təqdim etdi.

BANM-nin Mətbuat Xidməti