Qərb Universiteti

Qərb Universiteti Daim tədris proqramlarını və istiqamətlərini yeniləyən, yeni ixtisasları tədris sahəsinə gətirən Qərb Universiteti ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq növbəti tədris ilindən etibarən yeni ixtisaslar üzrə kadr hazırlığına başlayacaq.
Bakalavr səviyyəsi üzrə “İstehlak mallarının ekspertizası və marketinqi”, “Meşəçilik”, “Yer quruluşu”, “Torpaq və şəhər kadastrı”, “Memarlıq”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Mühasibat uçotu və audit”, “Sənayenin təşkili və idarə olunması”, “Tarix”, “Fəlsəfə” ixtisasları üzrə növbəti il üçün qəbul aparılacaq.
Universitetdə mühəndislik istiqaməti üzrə yeni ixtisaslara qəbul elan ediləcək. Belə ki, növbəti tədris ilindən etibarən “Mexanika mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi”, “Cihazqayırma mühəndisliyi”, “Elektronika, telekomunikasiya və radiotexnika mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi”, “Poliqrafiya mühəndisliyi”, “Sistem mühəndisliyi” və s. ixtisaslaşmalar üzrə tədris aparılacaq.
Yeni ixtisasların açılması, yeni binalar və kampusun tikintisi ilə tələbə sayının ciddi şəkildə artacağı gözlənilir və bunu nəzərə alaraq universitet illik təhsil haqlarını aşağı sala bilib. Bundan əlavə, universitet təhsil müddətində fərqlənən tələbələrə təqaüdlər ayırır və bundan sonrakı dövrdə bu imkanlar daha da genişlənəcək.

Mətbuat və informasiya xidməti


Qərb Universiteti

Qərb Universiteti

Qərb Universiteti

Qərb Universiteti

Oxşar xəbərlər