Kölndə keçirilmiş ANUGA sərgisi çərçivəsində Azərbaycan şirkətləri məhsul ixracı barədə altı ölkə ilə müqavilələr imzalayıb.
Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, İsrailə 20 ton nar şirəsinin, İsveçrəyə 100 ton narın, Monqolustana 18 ton narın, Niderland və Danimarka ilə hərəsinə 22 ton fındığın, İtaliyaya isə 40 ton fındığın ixracı barədə razılıq əldə edilib.
O qeyd edib ki, sərgi çərçivəsində həmçinin Azərbaycan məhsullarının gələcək ixracı barədə də müzakirələr aparılıb: "Azərbaycan şirkətləri meyvə şirələrinin Qətərə, nar şərabının Almaniyaya, qurudulmuş xurmanın Argentina, Niderland, İtaliya və Yunanıstana, 48 ton fındığın İtaliyaya, eləcə də hərəyə 22 ton fındığın Çexiya və Yunanıstana ixracı il bağl ilkin saziş əldə edib. Bundan başqa, mineral suların Səudiyyə Ərəbistanına, şirnyyat məmulatlarının Rumıniyaya, 22 ton fındığın İsveçrəyə tədarükü imkanları müzakirə olunub. Benilüks ölkələri ilə də fındıq ixracı üzrə danışıqlar aparılıb".
Tehsil-press.az