Prezidenti Şimali Koreyaya buraxmadılar

Prezidenti Şimali Koreyaya buraxmadılar Ağ Ev ABŞ-ın sabiq prezidenti Cimmi Karterə Şimali Koreyaya getməyə icazə verməyib. Bu barədə C.Karter özü məlumat yayıb.
O, hazırki ABŞ administrasiyası adından danışıqlar aparmaq üçün Şimali Koreyaya getmək istəyib. Məsələ ilə bağlı prezident D.Trampın təhlükəsizlik üzrə müşaviri Gerbert Makmaster ilə danışıqlar aparıb, lakin rədd cavabı alıb.
Qeyd edək ki, Cimmi Karter sonuncu dəfə 90-cı illərin ortalarında Şimali Koreyaya səfər edib. Həmin dövrdə prezident olan Bill Klintonun göstərişi ilə səfər edən C.Karter Kim Çen Inın atası ilə danışıqlar aparıb.

Tehsil-press.az




Oxşar xəbərlər