Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən birinə çevrilib.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində təşkil olunan “Aralıq dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.
E.Məmmədyarov bildirib ki, builki konfransın mövzusu çox təcili və mürəkkəb məsələlər olaraq beynəlxalq ictimaiyyətin gündəliyində vacib yeri tutur: "Biz bu fenomenin yaxın gələcəkdə yalnız Aralıq dənizi hövzəsi ölkələrində deyil, eyni zamanda, bütün ATƏT məkanında təhlükəsizliyə təsir göstərəcək çoxaspektli və çoxşaxəli problem olması fikrini bölüşürük. BMT-nin baş katibi Antonio Quterreşin Baş Assambleyanın 72-ci sessiyasında bildirdiyi kimi, “qaçqınlar, məcburi köçkünlər və miqrantlar əsl problem deyil, problemin kökü münaqişədə, təqibdə və ümidsiz yoxsulluqda dayanır”. Həqiqətən də öz evlərini tərk edən insanların sayının 65,6 milyon olaraq görünməmiş həddə çatmasına baxmayaraq, biz hələ də məcburi köçürmələrə və insan əzabına gətirib çıxaran münaqişələrin həll olunmadığını görürük".
Nazir qeyd edib ki, qaçqınların və miqrantların düşdükləri ağır vəziyyət işıqlandırılsa da, beynəlxalq ictimaiyyət münaqişə səbəbindən təhlükəyə məruz qalan və dünyanın müxtəlif hissələrində acınacaqlı şəraitdə yaşayan milyonlarla kişi, qadın və uşaqdan ibarət məcburi köçkünləri də unutmamalıdırlar:
"Qaçqınların işləri üzrə BMT-nin Ali Komisarlığı bildirib ki, bütün dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə - 41 milyon nəfərə çatıb. Azərbaycan məcburi köçkünlərin əzablarının işıqlandırılması üçün bütün cəhdləri tam dəstəkləyir. 2030-cu il Gündəliyində məcburi köçkünlərə istinad olunması, Bəşəriyyət üçün Gündəlik tərəfindən 2030-cu ilə qədər məcburi köçkünlərin sayının 50 faizə qədər azaldılmasının hədəflənməsi, eyni zamanda, məcburi köçkünlərin qorunması və onlara dəstək göstərilməsi və bu cür məcburi köçürmələrin qarşısının alınması və azaldılması üçün təsirli strategiyaların nəzərdən keçirilməsini özündə əks etdirən Qaçqınlar və Miqrantlara dair Nyu York Bəyannaməsi əlbəttə ki, düzgün addımlardır, ancaq aydındır ki, kifayət deyil. Milyonlarla məcburi köçkünlərin acınacaqlı vəziyyətinin daha çox diqqətə, bu cür halların qarşısının alınması üçün yenidən düşünülmüş yanaşmalara, problemin kökündə dayanan səbəblərin aradan qaldırılmasına, eləcə də bütün səviyyələrdə birgə fəaliyyətə ehtiyacı var. Biz inanırıq ki, ATƏT məcburi köçkünlərin hüquqlarının qorunması məqsədilə təşkilatın hərtərəfli cavab tədbirlərinin qiymətləndirilməsi üçün platforma rolunu da oynamalıdır".
Xarici işlər naziri deyib ki, Azərbaycanın məcburi köçkünlər məsələsinə həssaslığı anlaşılandır: "Mənim ölkəmdə məcburi köçürmə Ermənistanın beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etməsinin və hazırda hərbi təcavüzü davam etdirməsinin nəticəsidir. Beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistanda yaşayan 1 milyona yaxın azərbaycanlı mülki şəxsə qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Bu Azərbaycanı adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən birinə çevirib. Hazırda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib. Məcburi köçkün probleminin yeganə həlli onların təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla öz torpaqlarına qayıtmasıdır və bu mənim hökumətim üçün birinci prioritet məsələ olaraq qalır.
Məcburi köçkünlərin köçürülmə problemi həll olunana qədər mənim hökumətim məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün işləri davam etdirir. Son 20 ildə 6 milyard dollar investisiya yatırılıb və bu da məcburi köçkünlər arasında yoxsulluğun və işsizlik səviyyəsinin xeyli dərəcədə azalmasına gətirib çıxarıb. Bu vaxta qədər 250 min məcburi köçkün evlər və mənzillərlə təmin olunmuşdur. Bununla belə, yuxarıda qeyd olunan tədbirlər daimi yerli inteqrasiya kimi nəzərdən keçirilmir və öz torpaqlarına könüllü olaraq, təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla qayıtmaq məcburi köçkünlərin özləri tərəfindən yeganə arzu olunan seçim kimi qəbul olunur".
E.Məmmədyarov bildirib ki, Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxartdıqdan sonra məcburi köçkünlərin öz evlərinə könüllü olaraq təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla qayıtmaq hüquqlarını təmin etmək məqsədilə Azərbaycan hökuməti “Böyük Qayıdış” adlı hərtərəfli proqram hazırlayıb:
"Azərbaycan üçün digər narahat doğuran məqam ondan ibarətdir ki, beynəlxalq ictimaiyyətin hazırda üzləşdiyi miqrasiya böhranından təsirli çıxış yolları axtarılan zaman bəzi siyasi liderlərin əzab çəkən miqrantlardan öz maraqları üçün istifadə etmək cəhdlərinə xüsusi diqqət yetirmək böyük əhəmiyyət kəsb edir. Beynəlxalq humanitar hüququ, xüsusilə də 1949-cu il Dördüncü Cenevrə Konvensiyanı və Əlavə Protokolları kobud şəkildə pozaraq Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədilə Ermənistanın həyat keçirdiyi siyasət insan əzabından qeyri-qanuni məqsədlər üçün istifadə cəhdlərinin bariz nümunəsidir".
Nazir əlavə edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə həyata keçirilən bu siyasət və təcrübə, eyni zamanda işğal olunmuş ərazilərin iqtisadi, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsi Ermənistanın azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını almaq və Azərbaycan torpaqlarını anneksiya etmək niyyətini nümayiş etdirir:
"Qeyd etmək lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işində məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnu təsdiq edib və beynəlxalq humanitar hüquq və mülkiyyət haqları ilə bağlı insan hüquqlarına hörmətlə yanaşmağa çağırışlar edib. Məhkəmə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün heç bir hüquqi əsas yaratmadığını bildirib və Ermənistanın münaqişə zamanı öz torpaqlarını tərk edən azərbaycanlılar qarşısında öhdəlik daşıdığını xatırladıb. Nəticə etibarilə, məhkəmənin qərarı işğal olunmuş ərazilərdə mülkiyyətin digər şəxslərə ötürülməsinin qeyri-qanuni olduğunu bəyan edib. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətə güclü beynəlxalq və ictimai tənqid Ermənistan rəhbərliyinin mövcud status-kvonu möhkəmləndirmək istəklərinə mane ola bilər və münaqişənin sülh yolu ilə həlli perspektivlərini artıra bilər".
Tehsil-press.az