“Ölkəmizin bir saylı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu işdə biz özümüzə və öz gücümüzə arxalanmalıyıq”.
Bu sözləri Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclasında deyib.
Ə.Həsənov bildirib ki, problemin həllində Azərbaycan xalqının, o cümlədən məcburi köçkünlərin yeganə ümid yeri hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevdir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir”.
Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyasına toxunan Əli Həsənov diqqətə çatdırıb ki, Ermənistandakı cinayətkar rejimə rəhbərlik edən Serj Sarkisyan sessiyadakı çıxışında həmişə olduğu kimi heç bir əsasa söykənməyən fikirləri gülünclük doğurdu və Ermənistanın özündə böyük narahatçılıq səbəb oldu: “Bu çıxışla Ermənistan prezidenti özünü bütün dünya ictimaiyyəti qarşısında rüsvay etdi. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT-nin mötəbər tribunasında məğrurcasına dayanaraq, faktlara söykənən təmkinli və yüksək səviyyəli çıxışı ilə son 25 ildə Ermənistanın cinayətkar rejiminin törətdiyi hadisələri bütün dünyanın diqqətinə çatdırdı. Həmçinin çıxış üçün ayrılmış çox qısa bir vaxt ərzində ölkəmizin keçdiyi inkişaf yolu, qazandığı böyük uğurlar barədə dolğun təsəvvür yaratdı”.
Tehsil-press.az