Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar ilin sonunadək başa çatacaq

Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar ilin sonunadək başa çatacaq Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlıq barədə saziş üzrə danışıqlar yaxın iki ay ərzində başa çatmalıdır.
Bunu Tehsil-press.az-a sualına cavab olaraq Aİ-nin qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han deyib.
Onun sözlərinə görə, danışıqlar hazırda davam edir: “Bu sazişin hansı sahələri əhatə edəcəyini müəyyən etmək üçün bir qədər vaxt lazım oldu. Əminəm ki, saziş yaxın aylarda əldə olunacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər