Oyuncaq batareyası udmuş uşağın mədəsindəki yad cisim endoskopik yolla bədəndən xaric edilib.
Valideynləri tərəfindən tibbi müəssisəyə gətirilən, 1 santimetr diametrində yad cisim udmuş uşaq pediatr-qastroenteroloq Dilarə Bayramova tərəfindən ümumi anesteziya altında endoskopik yolla əməliyyat olunub.
Bu barədə məlumat verən həkim deyib: “Son zamanlar 1-3 yaşarası uşaqların oyuncaq batareyalarını udma hallarına tez-tez rast gəlinir. Bu səbəbdən valideynlərin daha diqqətli olmalarına ehtiyac var. Belə ki, batareyaların tərkibindəki maddə mədə şirəsinin təsiri ilə korroziyaya olunaraq kimyəvi reaksiya verir. Bu isə selikli qişanın zədələnməsi və mədədə qanaxma ilə nəticələnə bilər.
Onu da qeyd edim ki, valideynin xəbəri olmadan uşağın bu kimi cisimləri udması özünü heç bir şəkildə büruzə vermir və orqanizmdə kimyəvi proses davam edir. Bu kimi hallarla rastlaşmamaq üçün uşağın nəzarətsiz qalmamasına diqqət yetirilməlidir”.
Tehsil-press.az