ADU-da Auqsburq Universitetinin doktorantı ilə dəyirmi masa keçirilib

ADU-da Auqsburq Universitetinin doktorantı ilə dəyirmi masa keçirilib Noyabrın 3-də Azərbaycan Dillər Universitetində (ADU) Xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Almaniyanın Auqsburq Universitetinin doktorantı Kristin Bossauer-Qrossun iştirakı ilə dəyirmi masa keçirilib. K.B.Qrossu tədbir iştirakçılarına təqdim edən Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova qonağın ADU-da olmasının əsas səbəbinin Qurban Səid yaradıcılığını daha dərindən tədqiq etmək və onun ədəbi irsinin incəliklərini öyrənməkdən ibarət olduğunu söyləyib: “Öncə demək istərdim ki, iyirmidən çox ədəbi, siyasi və tarixi əsərin müəllifi olan Qurban Səid yaradıcılığının xarici vətəndaş tərəfindən araşdırılması çox təqdirəlayiq haldır. Həyatının çox hissəsini Almaniyada keçirən Qurban Səidin “Əli və Nino” romanı, “Şərqdə neft və qan” əsəri, “Məhəbbət və qan”, “Manuela” povestləri ədəbiyyat elminə öz töhfəsini verib. Nəzərinizə çatdırmaq istəyirəm ki, Xarici ölkələr ədəbiyyatı kafedrasında Kristin Qrossun Qurban Səid yaradıcılığını hərtərəfli araşdırıb öyrənməsi üçün materiallar mövcuddur. Eyni zamanda, qeyd etmək istərdim ki, bu araşdırmalar Qurban Səid poetikasında yeni tədqiqat obyektləri və mövzuların aşkara çıxarılmasına təkan verəcək”.
Daha sonra söz alan K.B.Qross bundan əvvəl “Qurban Səidin ədəbi əsərləri Qərblə Şərqin toqquşmasında transkultural ədəbiyyat kimi” adlı namizədlik dissertasiyası müdafiə etdiyini bildirib. O, hal-hazırda “Qurban Səid yaradıcılığı” adlı doktorluq araşdırması üzərində çalışdığını deyib: “Qurban Səidin humanist yazı tərzi və xəfif yumor hissinin olması mənim diqqətimi xüsusilə cəlb edib. Araşdırmalarla məşğul olduğum müddətdə bir çox yeniliklərlə tanış oldum. Onun yaradıcılığını daha dərindən mənimsəmək üçün öz araşdırmalarımı onun doğma mühitində aparmağı daha məqsədəuyğun saydığım üçün Azərbaycana gəldim. Bu tədbirdən öncə ADU-nun bakalavr və magistr təhsili alan tələbələri ilə görüşdüm və bu görüşlərdən əldə etdiyim nəticələr də məni çox məmnun etdi”.
Tədbir ADU və Auqsburq Universitetinin təhsil sistemi, hər iki universitetdə fəaliyyət göstərən kafedraların iş fəaliyyəti, eyni zamanda dərs metodikası ilə bağlı fikir və təkliflərin mübadiləsi ilə başa çatıb.

ADU-nun Mətbuat xidməti


ADU-da Auqsburq Universitetinin doktorantı ilə dəyirmi masa keçirilibADU-da Auqsburq Universitetinin doktorantı ilə dəyirmi masa keçirilibADU-da Auqsburq Universitetinin doktorantı ilə dəyirmi masa keçirilibADU-da Auqsburq Universitetinin doktorantı ilə dəyirmi masa keçirilibADU-da Auqsburq Universitetinin doktorantı ilə dəyirmi masa keçirilib

Oxşar xəbərlər