Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları “Təlimçilərin təlimi”ndə iştirak ediblər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları “Təlimçilərin təlimi”ndə iştirak ediblər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları alman mütəxəssisləri tərəfindən təşkil olunan “Təlimçilərin təlimi”ndə iştirak ediblər.
Təlim Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Almaniyanın kənd təsərrüfatı texnikası istehsalçısı olan “CLAAS” şirkəti ilə “Kənd Təsərrüfatı Texnologiyası və İdarəetmə Təşəbbüsü - Azərbaycan” layihəsi çərçivəsində əldə etdiyi razılaşmaya əsasən keçirilib.
“Gilan Agriculture” portfelinə daxil olan “Gilan Aqrotek” şirkətində keçirilən təlimdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin üç əməkdaşı iştirak edib.
Layihənin məqsədi “CLAAS” markalı müasir kənd təsərrüfatı texnikasının texniki istismar qaydalarının və təmir texnologiyasının avadanlıq operatorlarına öyrədilməsi üçün təlimçilərinin təlimləndirilməsi, kənd təsərrüfatı texnikası, bitkiçilik və istehsal iqtisadiyyatı modulları üzrə iş yerində təlim təcrübəsinin tətbiq edilməsidir.

Tehsil-press.az

Oxşar xəbərlər