Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində turizm, otelçilik, kənd təsərrüfatı və digər mühüm ixtisaslar üzrə kadr hazırlığı aparılacaq.
Bunu təhsil naziri Mikayıl Cabbarov mərkəzin yeni binasının açılışı mərasimində çıxış edərkən deyib.
Nazir bildirib ki, təxminən 3 hektara yaxın ərazidə belə bir müasir mərkəzin yaradılması və istifadəyə verilməsi dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatlarının və ölkəmizin regional inkişaf layihələrinin daha bir göstəricidir.
M.Cabbarov peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri olduğunu qeyd edib.
Ölkə Prezidentinin Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin peşə təhsilində həyata keçiriləcək layihələr baxımından mühüm sənəd olduğunu bildirən nazir ölkəmizdə əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığı üçün belə mərkəzlərin istifadəyə verilməsinin vacibliyini qeyd edib.
M.Cabbarov burada yaradılan şəraitin təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli imkanlar açdığını, yaxın gələcəkdə belə müəssisələrin digər bölgələrdə də istifadəyə veriləcəyini bildirib.

Tehsil-press.az