Bakıda azyaşlı 5-ci mərtəbədən yıxılıb öldü

Bakıda azyaşlı 5-ci mərtəbədən yıxılıb öldü Paytaxtda azyaşlı uşaq 5-ci mərtəbədən yıxılıb.
Dilarə Əliyeva 243 ünvanında fasadı və balkonları təmir olunan binanın 5-ci mərtəbəsində yaşayan 1 yaş 9 aylıq Yejov German Andreyeviç eyvandan yerə düşüb.
O, dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Amma xəstəxanaya çox ağır vəziyyətdə gətirilən uşağı xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər