Dendrologiya İnstitutu: ölkəmizdə yaşlı ağacların qeydiyyatı aparılır və sertifikatlaşdırılır

Dendrologiya İnstitutu: ölkəmizdə yaşlı ağacların qeydiyyatı aparılır və sertifikatlaşdırılır Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun dendroxronologiya laboratoriyası müasir avadanlıqlarla təchiz olunub. Burada ağacların oduncağında dendroxronoloji təhlil aparılır, iqlim amillərinin təsirindən illik halqaların qalınlığında baş verən dəyişikliklər araşdırılır.
Əsas məqsəd təbii və mədəni florada olan nadir növlərin populyasiyalarında baş verən proseslərin dendroxronologiyasını öyrənməkdir. Bunun üçün müasir avadanlıq vasitəsilə ağacların gövdəsindən nümunələr götürülür, laboratoriyada onların analizi aparılır. Ağacların gövdəsindəki halqalara əsasən bitkiyə təsir edən daxili amillər, - onların irsi xüsusiyyətləri, eləcə də ekzogen amillər, yəni hansı illərdə ağaclara həşərat hücumunun olması, yanğınların baş verməsi müvafiq dövrə əsasən araşdırılır.
Laboratoriyanın əməkdaşları dendrofloranın öyrənilməsi məqsədilə regionlarda monitorinqlər keçirib. Monitorinqlər zamanı yaşlı ağac növləri təyin edilib, hətta 300–dən çox yaşı olan ağaclardan nümunələr götürülərək araşdırılıb. “Respublikamızın Lənkəran zonasında daha yaşlı ağaclara rast gəlinir. Biz bu ağacların halqalarına əsasən onların hansı ildə yaxşı inkişaf etdiyini, hansı illərdə inkişafının ləngidiyini öyrənmişik. Təyin etdiyimiz yaşlı ağacların qeydiyyatı aparılır və sertifikatlaşdırılır. Tədqiqatları davam etdiririk. Ümid edirəm ki, apardığımız tədqiqatlar ölkəmizdə ekoturizmin inkişafına töhfə verəcək”, - deyə S.Bağırova bildirib.

Dendrologiya İnstitutu: ölkəmizdə yaşlı ağacların qeydiyyatı aparılır və sertifikatlaşdırılırDendrologiya İnstitutu: ölkəmizdə yaşlı ağacların qeydiyyatı aparılır və sertifikatlaşdırılır

Tehsil-press.az


Oxşar xəbərlər