İranlılar Ruhaniyə etiraz etdilər - “Selfie çəkib getdilər”

İranlılar Ruhaniyə etiraz etdilər - “Selfie çəkib getdilər” Ölü sayı 600-ü, yaralı sayı 10 mini keçən İranda 100 min insan isə evsiz qalıb.
Həsən Ruhaninin zəlzənin ən çox hiss edildiyi Kirmanşah vilayətinə səfəri zamanı zəlzələdən ziyan çəkən iranlılar prezidentə etiraz ediblər. Etiraza səbəb isə tarixinin ən güclü zəlzələsini yaşayan bu bölgəyə heç bir dövlət yardımının göstərilməməsi olub.
Zərərçəkənlərdən biri “Buraya nazirliyin 4 işçisi gəldi. Yanlarında heç bir çadır və ya humanitar yardım gətirməyiblər. Sadəcə selfie çəkdilər və getdilər” deyə etirazını bildirib.
Daha sonra sosial şəbəkələrdə nazirlik əməkdaşlarının foto çəkdiklərini əks etdirən görüntülər yayılıb və kəskin tənqidlərə səbəb olub.



Tehsil-press.az


Oxşar xəbərlər