Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasında hazırlanan “Beynəlxalq təhlükəsizlik” dərsliyi tələbələrin və geniş oxucu kütləsinin istifadəsinə təqdim edilib. Bu kitabda, Azərbaycanda və regionda ilk dəfə olaraq, beynəlxalq təhlükəsizliyin ümumi-nəzəri və regional problemləri kompleks şəkildə, sistemli olaraq dərindən təhlil edilib və öyrənilib. On dörd fəsildən ibarət olan dərslikdə çoxsaylı xəritələr, sxemlər, diaqramlar, cədvəllər və digər yardımçı materiallar əks olunub ki, bu da əsas məzmunu daha yaxşı mənimsəməyə kömək edir, onun tədris-metodik əhəmiyyətini artırır.
Dərslikdə təqdim olunan mövzuların tələbələr tərəfindən daha dərindən mənimsənilməsi üçün müxtəlif tipli düşündürücü suallar və tapşırıqlar bilavasitə mətnin içərisində və hər mövzunun sonunda verilib. Bu tapşırıqlar tələbələrdə müasir beynəlxalq təhlükəsizlik sistemininin problemlərini müstəqil və yaradıcı düşünmək, öyrənmək və təhlil edə bilmək üçün zəruri olan qabiliyyət, bacarıq və vərdişləri formalaşdırır. Dərslik interaktiv tədris/təlim üçün hazırlanıb. Dərsliyin məzmununda istifadə edilmiş terminlər və mürəkkəb anlayışlar ayrıca izah edilib.
Dərslik eyni zamanda, informasiya təhdidinə və ideoloji hücumlara layiqli cavab olacaq. Məsələ burasındadır ki, bu gün daha çox Qərb və rus alimləri tərəfindən yazılan məqalə və kitablar gənclərin dünyada gedən proseslərlə bağlı düzgün ideoloji və siyasi münasibətinin formalaşmasına mane olur, onların müəyyən təsirlərə məruz qalmasına səbəb olur. Beynəlxalq münasibətlərdə informasiya müharibəsinin şiddətləndiyi şəraitdə vacib siyasi və təhlükəsizlik məsələlərinin milli maraqlara uyğun araşdırılması və təqdim olunması gənc nəslin ideoloji hazırlığının gücləndirilməsi və ideya-siyasi təmizliyinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Qlobal miqyasda və müxtəlif regionlarda cərəyan edən təhlükəsizlik proseslərinin düzgün dərk olunması və tədrisi milli təhlükəsizliyin təmin olunmasının vacib bir hissəsidir.
Dərslik ali məktəblərdə tədris olunan bir sıra fənlərin - Müasir beynəlxalq münasibətlər, Beynəlxalq təşkilatlar, Qloballaşma, Beynəlxalq münasibətlər nəzəriyyəsi, Beynəlxalq münasibətlər tarixi, Regional təhlükəsizlik problemləri, ABŞ, Çin, Yaponiya, Avropa dövlətləri, Yaxın Şərq ölkələri, Latın Amerika ölkələri, Afrika dövlətləri, Orta Asiya dövlətlərinin xarici siyasəti və təhlükəsizlik problemləri - tədrisində dəyərli mənbə kimi istifadə oluna bilər.
Müəlliflər kollektivi tərəfindən hazırlanan kitabın elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Samir Həmidov, rəyçiləri isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Beynəlxalq münasibətlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Həsən Əlibəylidir.
ADU-nun Mətbuat Xidməti