ADA Universitetində “İƏT Xarici İşlər Nazirləri Toplantısı”nın ilk simulyasiyası keçirilib

ADA Universitetində “İƏT Xarici İşlər Nazirləri Toplantısı”nın ilk simulyasiyası keçirilib İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə İƏT-ə üzv ölkələrdə 7 ildir həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” beynəlxalq təhsil layihəsi çərçivəsində ADA Universitetində ilk milli “MOİC Club” (“İƏT Modeli Klubu”) yaradılıb.
Bu həftə yeni yaranmış “ADA İƏT Modeli Klubu”nun ilk təlimləri və simulyasiyası keçirilib.
ADA Universitetində təşkil edilən təlim və simulyasiyanın indiyədək Azərbaycanda keçirilən “İƏT Modeli” tədbirlərindən əsas fərqi həmin tədbirlərin ingilis dilində olması idi.
“ADA İƏT Model Klubu”nun xarici tələbələrin də iştirak etdikləri ilk təliminin mövzusu “İƏT məkanında humanitar böhranlar kontekstində Rohinca problemi” olub. Mövzu ilə bağlı Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Nəcibə Mustafayeva iştirakçılara problemin tarixi aspektləri, regionda yaranmış hazırkı vəziyyət, münaqişəyə münasibətdə region ölkələrinin mövqeləri və maraqları barədə məlumat verib.
Növbəti gün iştirakçılar İƏT-ə üzv ölkələri təmsil edən işçi qruplara bölünərək “İƏT Xarici İşlər Nazirləri Toplantısı”nın simulyasiyasını həyata keçirib, mövzu üzrə müzakirələr aparıb və müvafiq qətnamələr qəbul ediblər. İştirakçılar bildiriblər ki, beynəlxalq münasibətlər və diplomatiya üzrə praktik təcrübə qazanmaq baxımından bu layihə tələbələr üçün çox önəmlidir.
Qeyd edək ki, bu ildən “İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsi çərçivəsində Azərbaycanın digər ali məktəblərində də daxili “İƏT Modeli klubları”nın yaradılması nəzərdə tutulur.
Layihənin Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə bütün ali məktəbləri əhatə edəcək ümumrespublika mərhələsi yanvar ayından başlayacaq.

ADA-nın Mətbuat Xidməti


ADA Universitetində “İƏT Xarici İşlər Nazirləri Toplantısı”nın ilk simulyasiyası keçirilibADA Universitetində “İƏT Xarici İşlər Nazirləri Toplantısı”nın ilk simulyasiyası keçirilibADA Universitetində “İƏT Xarici İşlər Nazirləri Toplantısı”nın ilk simulyasiyası keçirilibADA Universitetində “İƏT Xarici İşlər Nazirləri Toplantısı”nın ilk simulyasiyası keçirilibADA Universitetində “İƏT Xarici İşlər Nazirləri Toplantısı”nın ilk simulyasiyası keçirilib

Oxşar xəbərlər