Azərbaycan Universitetində Azərbaycan dilinin saflığının qorunmasına həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMEA-nın Dilçilik İnstitutunun təşkilati dəstəyi ilə “Azadlıq Hərəkatçıları” İçtimai Birliyi və Azərbaycan Universiteti tərəfindən birgə təşkil olunub.
Tədbirdə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Konfransı giriş sözü ilə İB-nin sədri və layihənin rəhbəri Təhmasib Novruzov açıb. Layihə rəhbəri vurğulayıb ki, xalqımız Azərbaycan dilini min illər boyu yad təsirlərdən qoruyub və dünyanın ən zəngin dilləri sırasına yüksəldib. O deyib: “Sovet dövründə dilimizin arxa plana keçməsinə çalışan ittifaq rəhbərliyi ilə yorulmaz, qətiyyətli mübarizə aparan ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti dövründə dilimizin inkişafına daim xüsusi əhəmiyyət verib, rejimin istəklərinə qarşı mühüm tarixi qərarların qəbul edilməsinə nail olub. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk on ildə Azərbaycan dilinin inkişafı ilə bağlı iki sərəncam və 2013-cü ilin aprelində Dövlət Proqramı imzalanıb ki, bu da dövlətimizin bu sahəyə nə qədər əhəmiyyət verdiyini göstərir”.
T.Novruzov diqqətə çatdırıb ki, televiziya və radio proqramlarında, mətbuatda, reklam bazarında, ticarət və iaşə obyektlərində ana dili normalarının müntəzəm pozulması vətəndaşlar tərəfindən adi hal kimi qəbul edilir. Vətəndaşlarımız, xüsusilə ziyalılarımız və gənclərimiz dövlət proqramlarının həyata keçirilməsində fəal mövqe nümayiş etdirməlidirlər.
Sonra İB-nin “SƏS TV” online televiziyası ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə istehsal etdiyi “Televiziya proqramlarında Azərbaycan ədəbi dili” və “Dilimiz reklamlarda” sənədli filmləri nümayiş olunub. Filmlərdə ana dilinin istifadəsində yol verilən qüsurlardan, dilin təmizliyinə xələl gətirən amillərdən bəhs edilir.
Daha sonra AMEA Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov, xalq artistləri Ofelya Sənani, Eldost Bayram, AU-nun elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova çıxış edərək dilin saflığının qorunmasında cəmiyyətin rolu, mövcud qüsurlar və onların aradan qaldırılması yolları barədə fikirlərini bölüşüblər.

İctimaiyyətlə əlaqələr şöbəsi