Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Embawood” şirkətinin bu ali məktəbin memarlıq, inşaat, inşaat texnologiya fakültələri üçün nəzərdə tutulmuş taxta emalatxanasının açılışı olub.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova və şirkətin təsisçisi Elşad Abbasov emalatxana ilə tanış olublar. Onlar müasir avadanlıqla təchiz olunmuş emalatxananı gəzib, tələbələrin işləməsi üçün quraşdırılan dəzgah və qurğulara baxıblar.
Rektor “Embawood” şirkətinin universitetdə emalatxana açmasını yüksək dəyərləndirib, şirkətin rəhbərliyinə təşəkkürünü bildirib. O deyib ki, yüksək potensiala malik kadrların yetişdirilməsi, gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılmasında bu emalatxana əvəzsiz rol oynayacaq.
E.Abbasov universitetdə hazırlanan kadrlara ehtiyac olduğunu bildirib, onların mütəxəssis kimi yetişməsi üçün lazımi şəraitin yaradılmasının vacibliyini vurğulayıb.
O deyib ki, peşəkar kadrların hazırlanması üçün onların istehsalatla əlaqələri qurulmalıdır. Bu gün açdığımız emalatxana tələbələrin mütəxəssis kimi yetişməsinə kömək edəcək. İstəyirik ki, AzMİU-da hazırlanan mütəxəssislər bacarıqlı, işgüzar olsunlar, iş prosesini yaxşı bilsinlər.
Qeyd edək ki, AzMİU ilə “Embawood” şirkəti arasında 2015-ci ildə imzalanan memorandumla əməkdaşlığın təməli qoyulub. Memoranduma əsasən, bu əməkdaşlığın irimiqyaslı layihələrlə davam etdirilməsi nəzərdə tutulub. Universitetdə emalatxananın açılması həmin layihələrdən biridir.

AzMİU-nun Mətbuat Xidməti