Noyabrın 7-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Knauf” tədris-məsləhət mərkəzində tikinti şirkətlərinin ustaları üçün təlimlərə başlanıb.
“Knauf” şirkətinin texnika və tədris üzrə mütəxəssisi Aydın Hacıyev və 4 saylı peşə liseyinin müəllimi Bəybala Abbasov üç gün ərzində ustalar üçün həm nəzəri, həm də təcrübi dərslər keçəcəklər. Mütəxəssislər tikinti işçilərinə gips, gipsin alınması, xassələri, tətbiqi, metal karkasların elementləri, karkasların montajı, asma tavanların quraşdırılması, knauf arakəsmələr, knauf alətləri, divar üzləmələri, qapı aşırımlarının qurulması barədə məlumat verəcəklər. Sonda ustalar test imtahanı verərək AzMİU və “Knauf” tədris-məsləhət mərkəzinin beynəlxalq sertifikatlarını əldə edəcəklər.
Qeyd edək ki, AzMİU ilə “Knauf Marketinq Baku” MMC arasında əməkdaşlıq sazişi 2007-ci ildə imzalanıb. 2008-ci ildən AzMİU-da “Knauf” tədris-məsləhət mərkəzi açılıb. Mərkəzdə həm universitetin, həm də universitetin nəzdində olan kollecin tələbələri quru inşaat sistemləri üzrə əlavə məlumatlara yiyələnirlər. Bununla yanaşı, mərkəzdə universitet müəllimləri və tikinti şirkətinin ustaları üçün mütəmadi təlimlər, qısamüddətli kurslar təşkil olunur.
AzMİU-nun Mətbuat Xidməti