Ukraynanın paytaxtı Kiyevdə ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Ulu Öndərin abidəsi önündə anım mərasimi keçirilib.
Əvvəlcə SOCAR şirkətinin Ukrayna nümayəndəliyinin kollektivi ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyub.
Anım mərasimində çıxış edən SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri, “SOCAR EnergyUkraine” şirkətinin baş direktoru Elçin Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin müdriklik və uzaqgörənliklə ardıcıl şəkildə həyata keçirdiyi qlobal iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edir və ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının yaxşılaşdırılmasına yönəldilib. Bildirib ki, Azərbaycanın uğurlu neft strategiyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Gün ərzində Azərbaycan diasporunun nümayəndələri, gənclər, bölgələrdə yaşayan soydaşlarımız da ümummilli lider Heydər Əliyevi anıblar.
Anım mərasimində çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Parlament sədri Akif Gülməmmədov ulu öndər Heydər Əliyevin ölkəmizin diaspor quruculuğundakı misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, müasir, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin uzaqgörən siyasəti bu gün dövlətimizin daha da qüdrətli olmasına gətirib çıxarıb.
Tehsil-press.az