Rumıniyanın paytaxtı Buxarest şəhərində yerləşən “Tey Parkı - Heydər Əliyev Xiyabanı”nda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən anım tədbiri təşkil olunub.
Səfirlikdən Təhsil-press.az-a verilən məlumata görə, tədbirdə səfirliyin, “SOCAR Petrolium S.A.” şirkətinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası idarə heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Ulu öndərin xatirəsi yad edilib, büstü önünə əklillər qoyulub. Tədbir zamanı müstəqil Azərbaycan dövlətçiliyinin bərqərar olması, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, ölkədə dinamik iqtisadi-sosial inkişafın təmin olunması, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanda demokratik-hüquqi və vətəndaş cəmiyyətinin yaradılması, dünyəvi dəyərlərə inteqrasiya sahəsində Ümummilli liderin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs edilib bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdiriblər.
Tədbir barəsində məlumat yerli KİV-lərə təqdim olunub.
Təhsil-press.az