BMT Myanmadan zülmü dayandırmağı tələb etdi

BMT Myanmadan zülmü dayandırmağı tələb etdi Birləşmiş Millət Təşkilatı (BMT) Baş Məclisi Myanmada Arakan müsəlmanlarına edilən zülmlə bağlı qətnamə qəbul edib.
İclasda Myanma hökumətindən insan haqlarını pozmağı və dinc sakinlərə qarşı hərbi əməliyyatları dayandırmaq tələb edilib.
Qətnamə 122 lehinə, 10 əleyhinə səslə qəbul edilib. 24 ölkə isə bitərəf olub. Əleyhinə səs verənlər Çin, Rusiya, Suriya, Myanma, Kamboca, Laos, Filippin, Vyetnam, Zimbabve və Belarus olub.
Qeyd edək ki, Myanmada 25 avqustdan etibarən başlayan qətliamda 10 minə yaxın müsəlman öldürülüb. 700 min nəfər isə Banqladeşə sığınıb.

Təhsil-press.az

Oxşar xəbərlər