Bitkilərın həşərat-tozlandırıcıları rəng çalarları və qoxuları ilə cəlb etdiyi məlumdur, ancaq rəng çaları və qoxu – heç də hər şey deyil.
Böyük Britaniyanın Bristol və Ekseter universitetlərinin tədqiqatçıları bununla bağlı “eLife” saytında məqalə dərc etdiriblər. Məqalədə deyilir ki, arılar müxtəlif gülləri temperatura görə, daha dəqiq, ləçəklərdəki temperatur naxışına görə fərqləndirirlər. Əgər teplovizorun köməyi ilə güllərə nəzər salsaq, onlarda rəng çalarını qismən təkrarlayan çox və az isti sahələr görmək olar.
Tədqiqat zamanı arılara seçim üçün zahirən tamamilə oxşar olan, amma istilik naxışı ilə fərqlənən süni güllər təklif ediblər və həşəratlar həmin güllərə açıq-aşkar üstünlük veriblər. Görünür arılar ən dadlı və nektarla zəngin olan gülləri yalnız rəng çalarına görə deyil, həm də ləçəklərdəki istilik naxışlarına görə axtarırlar.
Təhsil-press.az