Azərbaycan əhalinin balla təminatını daha da yaxşılaşdırmaq niyyətindədir.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda hər adama ildə orta hesabla 280 qram bal düşür. Nazirlik rəsmisi bu rəqəmin 1 kiloqramadək çatdırmaq lazım olduğunu bildirib:
“Azərbaycanda hər arı ailəsindən ildə 10 kiloqram bal yığılır. Bu, çox aşağı göstəricidir. Dünyada bu göstərici orta hesabla ildə 20,5 kiloqrama bərabərdir”.
Q.Əbdüləliyev qeyd edib ki, hazırda Azərbaycanda 6 minə yaxın adam arıçılıqla məşğul olur: “İndi Azərbaycanda 300 min arı ailəsi var, biz bu rəqəmi 600 minə çatdırmaq niyyətindəyik”.
Təhsil-press.az