2020-ci ilə qədər Azərbaycan məktəbliləri planşet kompüterləri ilə təmin ediləcəklər

2020-ci ilə qədər Azərbaycan məktəbliləri planşet kompüterləri ilə təmin ediləcəklər "Hazırda Azərbaycanda əhalinin 75%-i genişzolaqlı internetdən istifadə edir".

Bunu ADA Universitetində 17 May - Dünya telekommunikasiya və informasiya cəmiyyəti Günü münasibəti ilə keçirilən tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirlinin müavini Elmir Vəlizadə deyib.
E.Vəliyev qeyd edib ki, Nazirlik İKT sahəsində kiçik və orta sahibkarlığın inkişafında maraqlıdır.
"İndiyə qədər Azərbaycanda həyata keçirilmiş layihələrin əksəriyyəti Azərbaycan şirkətləri tərəfindən reallaşdırılıb. Bu, bizim güclü kadr potensialımızı göstərir. Amma 10 il bundan əvvəl belə bir şərait olmayıb. Bu gün elektron vasitələrdən istifadə etməklə 15 dəqiqəyə yeni şirkət yaratmaq olar. Bu baxımdan Azərbaycanda yaradılan texnoparklar da mühüm rol oynayır".
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov isə əlavə edib ki, son 10 ildə informasiyanın həcmi iki dəfə artıb və bu, informasiyaların əldə edilməsi üçün İKT-nin rolu böyükdür: "Azərbaycanda orta məktəblərin İKT ilə təmin edilməsi başa çatdırılıb. 2020-ci ildə bütün orta məktəb şagirdləri planşetlərlə təmin ediləcək. Həmçinin, məktəblər yüksəksürətli internetlə təmin olunacaq".


Tehsil-press.az

Oxşar xəbərlər