Xətai Rayon Polis İdarəsində veteranların və gənc əməkdaşların iştirakı ilə hesabat tədbiri olub.
Tədbirdə çıxış edən idarə rəisi, polis polkovniki Muradəli Babayev son illər şəxsi heyətin cinayətkarlıqla mübarizə sahəsində gördüyü işlərdən, açılan cinayətlərdən danışıb. Əldə edilən uğurlarda polis veteranlarının da xüsusi rolunu vurğulayan M.Babayev bildirib ki, bu gün cəmiyyətimizdə polis veteranlarının təcrübəsinə, onların yardımına böyük ehtiyac var. Məktəblərdə, əmək kollektivlərində paytaxtda və yerlərdə narkomaniya, erkən nikah və dini radikalizm mövzusunda keçirilən tədbirlərdə veteranların hüquqi maarifləndirmə sahəsində təbliğatı qazanılan nailiyyətlərin davamlı olmasına zəmin yaradır.
Ölkəmizdə veteranlar hərəkatının güclənməsinə dövlətimiz tərəfindən böyük önəm verildiyini, onların problemlərinin qısa zamanda həllini tapdığını bildirən idarə rəisi DİN rəhbərliyinin daxili işlər orqanları veteranlarına hər zaman yüksək diqqət və qayğı göstərdiyini bildirib. Onların bilik və bacarığının, gənc əməkdaşların peşə vərdişlərinə yiyələnməsində, təcrübələrinin artmasında, peşəkar əməkdaş kimi formalaşmasında hər zaman kömək olduğunu bildirib.
Qeyd olunub ki, ilin müvafiq dövründə Xətai rayonunda törədilmiş cinayətlərdən 40-ı məhz polis veteranlarının iştirakı ilə açılıb. Rayondakı məktəblərdə narkomaniya, erkən nikah və dini radikalizm mövzusunda keçirilən 50-dən çox tədbirdə rayon polis idarəsinin veteranları fəallıq göstəriblər.
Bakı Şəhər Baş Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev polis veteranları ilə gənc əməkdaşların görüşlərinin keçirilməsinin Xətai Rayon Polis İdarəsində ənənə halını aldığını və gənclər arasında vətənpərvərlik hisslərinin təbliğində, polis-vətəndaş münasibətlərinin möhkəmlənməsində bu görüşlərin əhəmiyyətini vurğulayıb. O, paytaxtda baş vermiş cinayətlərdən 704-nün veteranların iştirakı ilə açılmasını onların xidməti anda sədaqəti, ümumi işə töhfəsi kimi dəyərləndirib.
Bakı Şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri Emin Məmmədov polis orqanları rəhbərlərinin veteranlarla işə verdikləri önəmin faydasından söz açıb, gənc həmkarları ilə cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında birgə fəaliyyətdən, onlara göstərilən diqqət və qayğıdan məmnunluğunu bildirib.
Xətai Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədri Nazim Xıdırov sahə müvəkkillərinin hesabatlarının elə onların xidməti ərazisindəki sakinlərin iştirakı ilə dinlənilməsini polis-vətəndaş münasibətlərində şəffaflığın, qarşılıqlı etimadın, birgə fəaliyyətin təzahürü kimi qiymətləndirib.
Gənc əməkdaşlar adından çıxış edən polis baş leytenantı Zabil Qurbanov və polis leytenantı Kamran Məhərrəmli polis ailəsində doğulduqlarını, kiçik yaşlarından bu peşənin çətinlikləri ilə yanaşı, gərəkliliyinin də şahidi olduqlarını, bu gün xidmətdə polis veteranlarının zəngin təcrübəsindən yararlandıqlarını, vətənə, xalqa və dövlətçiliyə xidmətləri ilə qürur duyduqlarını bildiriblər.
Digər çıxış edənlər tədbirin veteranlarla gənc əməkdaşlar arasındakı münasibətlərin, birgə fəaliyyətin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar.
Sonda idarə rəisi M.Babayev gənc əməkdaşlara qarşıya çıxan çətinliklərdən qorxmamağı, vətəndaşlarla münasibətdə səmimi olmağı, qanunun tələblərinə ciddi əməl etməyi, ən ümdəsi, Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət etməyi, cinayətlərin açılmasında, profilaktikasında, təhlükəsizliyin təminində veteranların təcrübəsindən, ictimai nüfuzundan, bilik və bacarıqlarından bundan sonra da yararlanmalarını tövsiyə edib.
Tədbir bədii hissə ilə davam edib.
Təhsil-press.az