1,8 km uzunluğunda dünyanın ən böyük və uzun pizzası hazırlanıb.
Tehsil-press.az italyan mətbuatına istinadən xəbər verir ki, pizzanın uzunluğu nə az, nə çox - düz 1800 metr olub, yəni 1,8 km. Bu pizza mayın 18-də İtaliyanın Neapol şəhərində hazırlanıb. Pizzanın hazırlanmasında yüz aşpaz çalışıb və onu ikiqapılı sobada bişiriblər. Yəni sobanın qapısı həm arxaya, həm də qarşıya açılıb. Bundan əlavə olaraq pizzanı bişirmək üçün iki ton un, 160 kq pomidor, iki ton meçerella pendiri, iki yüz litr yağ, 30 kq bazilka, 1500 litr su istifadə olunub və pizzanın bişirilməsinə on bir saat vaxt sərf edilib. Bişirilən pizza Ginnesin rekordlar kitabına düşüb.
Tehsil-press.az