Fizika-riyaziyyat elmləri doktoru, professor Sərhəddin Abdullayevin hazırladığı “Standart model, lepton və kvarkların xassələri” dərsliyi nəşr olunub.
Dərslikdə elektromaqnit və zəif qarşılıqlı təsirlərin vahid nəzəriyyəsinin qurulması prinsipləri ətraflı şərh edilib. Eyni zamanda, bir sıra proseslərdə ehtimalların, effektiv kəsiklərin, spin və bucaq korrelyasiyalarının, elektrozəif asimmetriyaların və təcrübələrdə ölçülə bilən digər xarakteristikaların hesablama metodikası verilib. Bütün bu xarakteristikalar proseslərin spiral amplitudları ilə ifadə edilib.
Dərslik tələbə, tədqiqatçı və mütəxəssislər üçün nəzərdə tutulub.
Təhsil-press.az