Şəhriyar Məmmədyarov "Tata Steel Chess" turnirinin IV turunu heç-heçə ilə başa vurub

Şəhriyar Məmmədyarov Şəhriyar Məmmədyarov şahmat üzrə "Tata Steel Chess" superturnirinin dördüncü turunu heç-heçə ilə başa vurub.
Tehsil-press.az-ın məlumatına görə, turnir Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilir.
33 yaşlı şahmatçının bu dəfə rəqibi rusiyalı Sergey Karyakin olub.
Məmmədyarov 4 turdan sonra 2,5 xalla Vladimir Kramnik (Rusiya) və Maqnus Karlsen (Norveç) ilə üçüncü yeri bölüşür.

Təhsil-press.az

Oxşar xəbərlər