Dünəndən etibarən sosial şəbəkələrdə şahmat üzrə Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarovun dünya reytinq cədvəlində 2-ci pilləyə yüksəldiyi barədə xəbərlər dolaşır. Məlumatına görə, açıqlanan reytinq qeyri-rəsmidir.
2700chess.com saytında “live rating” (gündəlik reytinq) cədvəli mövcuddur. Şahmatçılar hər matçda qələbə qazandıqca buradakı reytinq yenilənir. Hazırda komandalararası Avropa çempionatında iştirak edən yığmamız 3 qələbə qazanıb və 1 heç-heçə edib.
Kişilərdən ibarət komandamız , Avstriya və Çexiyaya qalib gəlib. İspaniya ilə heç-heçə edib, İtaliyaya uduzan millimizin heyətində mübarizə aparan Şəhriyar Məmmədyarov da qazandığı qələbələr sayəsində “live rating”də 2-ci pilləyə yüksəlib.
Rəsmi reytinq cədvəlini isə FİDE açıqlayır. Məhz iki gün öncə açıqlanan əsas cədvəldə komandamızın lideri 4-cü pillədə qərarlaşıb. O, ötən reytinqlə müqayisədə 2 pillə irəliləyə bilib.
Kəmalə Rəhimli