Yanvarın 17-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəb ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Sənədi BDU-nun rektoru, akademik Abel Məhərrəmov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov imzalayıblar.
Sənəddə sosial iş və sosial siyasət sahəsi üzrə tələbə və magistrantları məlumatlandırmaq məqsədilə nazirliyin müvafiq əməkdaşlarının universitetin “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələri üçün ustad dərslərinin, habelə həmin ixtisas üzrə tədris prosesinin səmərəliliyini artırmaq məqsədilə bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrində təcrübə və təlim keçmələrinin təşkil edilməsi nəzərdə tutulur.
Memorandumda, həmçinin universitetin “Sosial iş” kafedrası və onun tabeliyində olan “Sosioloji tədqiqatlar laboratoriyası”nın əməkdaşlarına sosial xidmət müəssisələrində elmi-tədqiqat işlərinin aparılması üçün şəraitin yaradılması, nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşlarının BDU-da müvafiq ixtisasartırma və ya təlim keçməsinin təşkili, sosial iş üzrə beynəlxalq və milli səviyyədə akademik, elmi tədbir və təlimlərin, konfrans, seminar, simpozium və mühazirələrin, hər iki qurum üçün maraq doğuran digər sahələrdə birgə işlərin təşkili və həyata keçirilməsi əksini tapır.
Sənəd elmi-praktik əlaqələri inkişaf etdirmək, müvafiq sahələrdə mövcud təcrübəni bölüşməklə birgə və bərabər maraqlar əsasında əməkdaşlığı həyata keçirmək məqsədi daşıyır.
İmzalanma mərasimində akademik A.Məhərrəmov Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə sosial müdafiə sisteminin möhkəmləndirilməsindən, sosial qanunvericilik bazasının təkmilləşdirilməsinin əhəmiyyətindən danışıb.
2004-cü ildə ölkəmizin Avropa Sosial Xartiyasına qoşulduğunu xatırladan rektor BDU-da sosiomühəndis layihələri hazırlamağı bacaran, müvafiq sosial xidmətləri istiqamətləndirə və realizə etməyə qadir olan mütəxəssis hazırlığı sahəsində görülən işləri diqqətə çatdırıb. Bildirilib ki, 2005-ci ildə ilk dəfə universitetdə təhsilin magistratura, 2008-ci ildə isə bakalavriat pilləsində sosial işçi hazırlığına başlanılıb. Mütəxəssis hazırlığını təkmilləşdirmək, sosial işi elm və tədris sahəsi kimi inkişaf etdirmək məqsədilə sosial iş kafedrası və sosioloji tədqiqatlar laboratoriyası yaradılıb. Akademik A.Məhərrəmov vurğulayıb ki, BDU ilə ƏƏSMN arasında sosial iş sahəsində mütəxəssis hazırlığı, innovativ sosial xidmətlər istiqamətində birgə əməkdaşlıq haqqında sənəd də bu məqsədlərə xidmət edir.
Nazir S.Müslümov Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının ölkədə etibarlı sosial müdafiə sisteminin qurulmasına geniş imkan yaratdığını, bu sistemin mühüm komponentlərindən birinin də çətin həyat şəraitində olan şəxslərə sosial xidmətlərin göstərilməsi olduğunu bildirib. Qeyd edilib ki, bu sahədə tədbirlərin davamı kimi, ötən il 1.080 nəfərə tam dövlət təminatında olmaqla sosial müəssisələrdə, 11 min nəfərə evlərində sosial xidmətlərin göstərilməsi, nazirliyin sosial sifarişlər üzrə 29 qeyri-hökumət təşkilatının icra etdiyi 61 layihə üzrə 4,1 min nəfər çətin həyat şəraitində olan uşağın, habelə müvafiq hallarda onların ailələrinin reabilitasiyayönümlü sosial xidmətlərə cəlb edilmələri təmin olunub.
S.Müslümov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Məzun evi” Sosial Müəssisəsinin fəaliyyətindən də bəhs edib, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş 209 məzununun mənzillə təmin edildiyi müəssisədə xalça və tikiş sexlərinin açıldığını, burada yaşayanların məşğulluğunun təminatı üçün müvafiq işlərin aparıldığını bildirib. Nazir ötən il yeni sosial xidmət müəssisələrinin - ehtiyacı olan insanlar üçün müasir tələblərə uyğun sosial sığınacaqların fəaliyyətə başladığını və digər əhəmiyyətli tədbirlərin reallaşdırıldığını söyləyib.
Bildirilib ki, ölkədə sosial müdafiə sisteminin müasir və səmərəli təşkili, bu sistemin əhatəliliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlər sosial iş sahəsini də əhatə edir. Sosial iş sahəsində qabaqcıl dünya təcrübəsinə uyğun şəkildə köklü islahatlar aparılmaqla, keyfiyyətli sosial xidmətlərin təşkili üçün zəruri işlər görüldüyünü deyən S.Müslümov bütün dünyada geniş yayılmış sosial işin çətin həyat şəraitinə düşmüş insanlara kömək etməyə istiqamətlənmiş çoxşaxəli və geniş fəaliyyət olduğunu diqqətə çatdırıb.
S.Müslümov deyib ki, yeni hazırlanan və 2018-2022-ci illəri əhatə edən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafı Konsepsiyası”nda da sosial xidmət sistemində insan resurslarının inkişafı, kadr potensialının beynəlxalq standartlara uyğunlaşdırılması əsas fəaliyyət istiqamətləri sırasında yer alıb.
Nazir sosial iş sahəsində yüksək ixtisaslı kadr potensialının formalaşdırılması üçün müvafiq ixtisasa yiyələnən tələbə və magistrantların təcrübi bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Sonra A.Məhərrəmov və S.Müslümov əməkdaşlığa dair anlaşma memorandumunu imzalayıblar.

Hüseyn Şərifov