2 nömrəli Bakı Baza Tibb Kollecində İmtahan sessiyası

2 nömrəli Bakı Baza Tibb Kollecində İmtahan sessiyası Son vaxtlar ölkəmizin təhsil ocaqlarında təhsilin keyfiyyətinin yüksədilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqəti daha çox cəlb edir. Hazırda ölkəmizin bütün ali və orta ixtisas müəssisələrində payız imtahan sessiyası gedir. Onu da xüsusi qeyd etmək lazımdır ki, istər payız-qış, istərsə də yaz-yay imtahan sessiyasının keçirilməsi təhsil nazirliyinin, eləcədə təhsil müəssisə rəhbərinin həmişə diqqət mərkəzində olmuşdur.
Təbii ki, imtahan prosesi dövründə tələbələr üçün yaradılan şərait, bütün imtahanların qərəzsiz prinsiplər arasında aparılması, tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi çox ciddi, həm də taleyüklü məsələdir.
İmtahan sessiyası döründə ali və orta ixtisas təhsil ocağına baş çəkmək imtahanlara hazırlıqaparılması prosesi ilə yaxın tanış olmaq üçün 2 nömrəli Bakı Baza Tibb Kollecində keçirilən qış imtahan sessiyası ilə bağlı yazı hazırlamaq qərarına gəldik.
Bizi təhsil ocağının Tədris-Tərbiyə işləri üzrə direktor müavini Vəfa Əliyeva qarşıladı. Məktəbin direktoru Dilarə Məmmədliyevanın tapşırığına əsasən imtahan sessiyada iştirakımızı təmin etdi, imtahan gedən auditoriyaya apardı və bizə imtahan sessiyasının gedişini, təşkili və keçirilməsi barədə ətraflı məlumat verdi; imtahanlar iki istiqamətdə, testlə və yazılı şəkildə aparılır,-dedi.
Hər iki şəraitdə keçirilən imtahan sessiyasını müşahidə edirik.
Onu da qeyd edək ki, 2 nömrəli Bakı Baza Tibb Kollecində 1576 nəfər tələbə təhsil alır. Onlardan 586 nəfəri dövlət hesabına, 980 nəfəri isə ödənişli hesabla təhsil alırlar. Kollecdə təhsil müddəti 3ildir...
İmtahan sessiyasında hər şey zərgər dəqiqliyi ilə nəzərə alınıb. Imtahan gedən zalların hər birində bütün şərait yaradılıb, nəzarətçi müəllimlər isə bütün qaydalara uyğun öz işlərini icra edirlər. Elə bir neqativ hala, qeyri-qanuni hərəkətə yol verilmir.
Burada hər şey bütün üstünlüklər tələbələrə verilib, imtahan həyəcanını tələbə yox, sanki müəllim yaşayırdı.
Obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə koordinator-nəzarətçilər bir qayda olaraq qeyri-ixtisas müəllimləri arasında seçilir ki, bu da tələbəyə imtahan zamanı kömək göstərmək kimi təsadüflərə yol verilməsinin qarşısını almaq məqsədi daşıyır. Yazılı imtahanda iştirak edən tələbələrin işləri koordinator otağında şifrələndikdən sonra qiymətləndirilmək üçün fənn müəlliminə verilir. Şifrələnmə zamanı müəllim kimin yazısını qiymətləndirdiyini bilmir. Nəticə isə yubadılmadan, tələbənin imtahan verdiyi günün sabahı elan edilir.
Qiymətləndirmədən narazı qalan tələbə dərhal münaqişə komissiyasına müraciət edərək apelyasiya vermək hüququndadır. Apelyasiyada fənn müəllimlərinin iştirakı ilə tələbənin cavabı yenidən araşdırılır. Imtahanların gedişində yarana biləcək mənfi halların qarşısının alınmasını, yol verilən nöqsanların vaxtında aradan qaldırılmasını, imtahanların gedişi ilə bağlı olan ərizə, şikayət və təkliflərin çevik araşdırılmasını və tələbələrin müraciətlərinə vaxtında baxılmasını təmin etmək məqsədilə hər cür şərait yaradılıb.
Apardığımız müşahidələrdən, tələbələrlə söhbətlərdən bu qənaətə gəldik ki, 2 nömrəli Bakı Baza Tibb Kollecində həyata keçirilən hər bir layihə, tətbiq olunan hər bir yenilik imtahanların obyektiv və şəffaf keçirilməsinə hesablanıb. Kollecdə təhsil alan hər kəs bu gün yaxşı dərk edir ki, savadlı mütəxəssisin yeri və müvqeyi həmişə görünür və cəmiyyət öz gələcəyini məhz belə kadrlara etibar edir, bilikli kadr sayəsinə cəmiyyət formalaşır, savadlı, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik vətəndaş formalaşır. Imtahanlarda əldə etdikləri göstəricilərlə tələbələr bütün bu adın şərəfini qorumağa səy göstərirlər. Bütün bunlar bir daha onu sübut edir ki, təhsil müəssəsinin rəhbərliyi həmişə olduğu kimi öz ədalətliyini və obyektivliyini qoruyub saxlayır. Bütün kolektiv də yaxşı anlayır ki, bütün bunlar məhz gələcəyimiz olan gənc nəslin bir vətənpərvər kimi savadlı kadr yetişməsinə hesablanmışdır.

Hikmət Əliyev,
Kəmalə Rəhimli
«Təhsil-press.az» İnformasiya Agentliyi əməkdaşları


2 nömrəli Bakı Baza Tibb Kollecində İmtahan sessiyası

2 nömrəli Bakı Baza Tibb Kollecində İmtahan sessiyası

2 nömrəli Bakı Baza Tibb Kollecində İmtahan sessiyası

Oxşar xəbərlər