İmtahanlar obyektiv və şəffaflıq şəraitində keçirilir

İmtahanlar obyektiv və şəffaflıq şəraitində keçirilir Hazırda ölkəmizin bütün ali və orta ixtisas müəssisələrində payız-qış imtahan sessiyası davam edir. Bunu xüsusi qeyd etmək lazımdır ki, istər qış, istərsə də yaz imtahan sessiyasının keçirilməsi həmişə diqqət mərkəzində olmuşdur.
2017-2018-ci il ölkənin ali və orta ixtisas təhsili müəssisələrində tədris ilinin payız imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə 2017-ci ilin dekabrında Təhsil Nazirliyi əmr imzalamışdır. Əmrdə göstərilir: «...Təhsil müəssisələrinin rəhbərləri rəhbərlik etdikləri ali və orta ixtisas müəssisələrində imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər... Və nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisələrində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar...»
Təbii ki, imtahan prosesi dövründə tələbələr üçün yaradılan şərait, bütün imtahanların qərəzsiz prinsipləri əsasında aparılması, tələbələrin biliklərinin obyektivqiymətləndirilməsi çox ciddi məsələdir.
İmtahan prosesi dövründə yaradılan şərait bütün imtahanların yeni, mütərəqqi prinsipləri əsasında aparılması, tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi, çox ciddi və həm də taleyüklü məsələdir.
İmtahan sessiyası dövründə bir neçə ali təhsil ocağına baş çəkmək, imtahanlara hazırlıq aparılması prosesi ilə yaxından tanış olmaq qərarına gəldik.
Belə təhsil müəssisələrindən biri də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasıdır. Akademiyada olub imtahanların gedişi ilə maraqlandıq. Onu da xatırladaq ki, ali və orta ixtisas təhsili müəssisələrində payız imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, imtahan prosesində mümkün narazılıqların araşdırılması məqsədilə Akademiyanın rektoru Hüseyn Qaraşov 22 dekabr 2017-ci ildə əmr imzalamışdır.
Əmrdə deyilir :
I. Payız semestrinin imtahan sessiyası tədris prosesinin qrafikinə uyğun olaraq, 2017-ci il dekabr ayının 29-dan 2018-ci il fevral ayının 1-dək keçirilsin.
II. İmtahan qərargahı yaradılsın:
1. Məmmədova Rübabə Heybət qızı - HİK-in sədri, qərargahın sədri.
2. İbrahimov Aydın İsmayıl oğlu - metodist, nəzarətçi;
3. Şirinov Süleyman Məlik oğlu - «Ümumi riyaziyyat və təbiət elmləri fənləri» kafedrasının müdiri, üzv;
4. Hacıyeva Gülnarə Sədi qızı -«Maliyyə və mühasibat uçotu» kafedrasının müdiri, üzv;
5. Möhbalıyev Fərhad Firudin oğlu -«İqtisadiyyat və idarəetmə Kafedrasının müdiri, üzv.
Qərargaha daxil olan şikayətlərin obyektiv və dərhal aradan qaldırılması təmin edilsin.
III. Qərargah ümumi şöbədə fəaliyyət göstərsin.
IV. Qərargah imtahanların gedişində neqativ hallara yol vermiş şəxslər barəsində tədbir görmək üçün mənə operativ məlumat versin.
V. Tədris işləri üzrə prorektor S.Ş.Məmmədova tapşırılsın:
-imtahanlarda ictimaoyyətin və valideyinlərin iştirakına şərait yaratsın:
-imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat hazırlasın.
Əmrlə fakültələr üzrə münaqişə komissiyaları, imtahanların gedişində yarana biləcək mənfi halların qarşısının alınmasını, yol verilən nöqsanların vaxtında aradan qaldırılmasını, imtahanların gedişi ilə bağlı daxil olan ərizə, şikayət və təkliflərin çevik araşdırılmasını və tələbələrin müraciətlərinə vaxtında baxılmasını təmin etmək məqsədilə «Qaynar xətt» qərargahı yaradılıb.
Təhsil müəssisində bizi Akademiyanın tədris illəri üzrə prorektor Sirac Məmmədov qarşıladı və o bizə imtahanın gedişiilə bağlı məlumat verdi: - Akademiyada 635 nəfər tələbə təhsil alır. Onlar imtahanı yazılı verirlər. İmtahanın obyektiv keçirilməsi üçün imtahan komissyası yaradılmışdır. Komisssyanın sədri qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Sədaqət Məmmədovadır. İmtahan biletləri 5 suallıq tərtib olunur, 2-si test sualıdır, 3-ü isə yazılı. Tələbələrə bir saat yarım vaxt verilir.
Söhbət zamanı Sirac müəllim bizə bildirdi ki, obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə koordinator-nəzarətçilər bir qayda olaraq qeyri-ixtisas müəllimləri arasından seçilir ki, bu da tələbəyə imtahan zamanı kömək göstərmək kimi təsadüflərə yol verilməsinin qarşısını almaq məqsədi daşıyır. Tələbə yazılı imtahan veribsə, yazılar qiymətləndirmə və monitorinq şöbəsində şifrələndikdən sonra qiymətləndirilmək üçün fənn müəlliminə verilir. Şifrələnmə o deməkdir ki, bu zaman müəllim kimin yazısını qiymətləndirdiyini bilmir. Nəticə isə yubadılmadan tələbənin imtahan verdiyi günün sabahı elan edilir. Qiymətləndirmədən narazı qalan tələbə dərhal münaqişə komissiyasına müraciət edərək apelyasiya vermək hüququndadır. Apelyasiyada fənn müəllimlərinin iştirakı ilə tələbənin cavabı yenidən araşdırılır. Imtahanların gedişində yarana biləcək mənfi halların qarşısını alınmasını, yol verilən nöqsanların vaxtında aradan qaldırılmasını, imtahanların gedişi ilə bağlı olan ərizə, şikayət və təkliflərin çevik araşdırılmasını və tələbələrin müraciətlərinə vaxtında baxılmasını təmin etmək məqsədilə qərargah qrupu yaradılıb.
Apardğımız müşahidələrdən, tələbələrlə söhbətlərdən bu qənaətə gəldik ki, Akademiyada həyata keçirilən hər bir layihə, tətbiq olunan hər bir yenilik imtahanların obyektiv və şəffaf keçirilməsinə hesablanıb. Bunun nəticəsidir ki, sessiya zamanı etimal oluna biləcək hər hansı neqativ halın qarşısı vaxtında alınır. Biliyin yeganə meyar olduğuna əmin olan tələbələr imtahanlara daha ciddi və həvəslə hazırlaşmışdılar.
Ədalət naminə onu da bildirək ki, Akademiyada imtahan sessiyasının təşkili və aparılması Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə tam uyğun olaraq şəffaflıq şəraitində keçir. İmtahan qərargahı yaradılmış, onun tərkibinə təcrübəli və nüfuzlu müəllimlərlə yanaşı, ictimai təşkilatların – Həmkarlar İttifaqı Komitəsi, tələbə gənclər təşkilatı rəhbəri daxil edilmişdir. Imtahan qərargahına əlaqə telefonları verilmiş təklif və şikayətlər üçün xüsusi qutu qoyulmuşdur. Imtahan sessiyası dövründə rektor və prorektor hər gün qəbul aparır. Tələbə, valideyn, ictimaiyyətin nümayəndələri qəbulda öz problemlərini bildirir, məsələlər obyetiv və operativ şəkildə öz həllini tapır.
İmtahan prosesi ilə tanışlıq zamanı bir neçə tələbə ilə söhbətləşdik, imtahanın gedişi barədə tələbələrin fikrini, imtahana necə hazırlaşdıqlarını da öyrənmək istədik.
Cavab verən tələbələr bir ağızdan hər şey tam obyektiv və şəffaflıq şəraitində keçirilir. Əgər oxumusansa biliyin varsa, qiymətində var deyə bir ağızdan cavab verdilər.
Apardığımız müşahidələrdən, tələbələrlə söhbətlərdən bu qənaətə gəldik ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında həyata keçirilən hər bir layihə, tətbiq olunan hər bir yenilik imtahanların obyektiv və şəffaf keçirilməsinə hesablanıb.
Onu da qeyd edək ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında görülən bütün bu təqdirəlayiq işlər Azərbaycan HK-nın sədri, millət vəkili, iqtisad elmlər doktoru, professor Səttar Mehbalıyevin rəhbərliyi ilə həyata keçirilir. Onun təhsilimizə, mədəniyyətimizə göstərdiyi qayğı və diqqət məhz bugün Akademiyada gənclərimiz üçün yaradılan şəraitdə özünü təcəssüm etdirmişdir. Odur ki, bu qayğı və diqqəti gənclərimiz aldıqları bilik və savadla dəyərləndirirlər. Akademiyada təhsil alan hər kəs yaxşı dərk edir ki, savadlı mütəxəssisin yeri və mövqeyi həmişə görünür. Cəmiyyət öz gələcəyini məhz belə kadrlara etibar edir, bilikli kadr sayəsində cəmiyyət formalaşır. Savadlı, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik vətəndaş formalaşır.

Əşrəf Fərzəliyev,
Leyla Bayramova
«Təhsil-press.az» İnformasiya Agentliyi əməkdaşları


İmtahanlar obyektiv və şəffaflıq şəraitində keçirilir

Oxşar xəbərlər