Bollivudda Putin haqqında film çəkmək istəyirlər

Bollivudda Putin haqqında film çəkmək istəyirlər Hindistanın kino mərkəzi Bollivudda fəaliyyət göstərən rejissorlardan biri - “Dharma Productions” şirkətinin rəhbəri Kartan Cohar Rusiya prezidenti Vladimir Putin haqqında film çəkmək istədiyini bildirib.
Rejissor bu filmin istənilən dildə uğur qazana biləcəyini deyib.
K.Cohar bundan başqa, rusiyalı həmkarları ilə birgə Rusiyada film çəkmək arzusunda olduğunu da deyib.
Qeyd edək ki, ötən il Hollivud rejissoru Oliver Stoun V.Putinlə müsahibələr formasında televiziya filmi çəkmişdi.

Təhsil-press.az

Oxşar xəbərlər