
V.Hüseynov görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin yaşının artdığını bildirib: "Hazırda xəstələrin böyük əksəriyyəti 20 yaşdan yuxarı hesab olunurlar. Yeni doğulanları da nəzərə alaraq, Mərkəzdə hazırda 18 yaşa qədər qeydiyyatda olan təxminən 1000-ə yaxın xəstə var".
Mərkəzin direktoru əlavə edib ki, 2013-cü ildən indiyədək Mərkəzdə 55 xəstə üzərində sümük iliyinin transplantasiyası əməliyyatı həyata keçirilib: "Onların əksəriyyəti, təxminən 43-45 nəfəri irsi qan və talassemiya xəstəsi olub. Cari ilin sonunadək 10 talassemiya xəstəsinə bu əməliyyatın olunması planlaşdırılır".
Tehsil-press.az