Beşinci könüllülük proqramı başa çatıb

Beşinci könüllülük proqramı başa çatıb Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) reallaşdırılan V könüllülük proqramı yekunlaşıb.
Beşinci könüllülük proqramı çərçivəsində BŞTİ-yə 100 nəfər könüllü elektron ([email protected]) qaydada müraciət edib. Onlardan 57-si müvafiq meyarlar əsasında müsahibəyə çağırılıb və 29 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, onlardan 27-si BŞTİ–nin müvafiq sektorlarında, biri xidmət bölmələrində, biri isə Təlimə Dəstək Mərkəzində fəaliyyət göstərib.
Könüllü gənclər BŞTİ-nin müvafiq struktur bölmələrinin fəaliyyətində yaxından iştirak edib, onlara tapşırılan işləri uğurla yerinə yetirib, korporativ ünsiyyət vərdişləri və səmərəli təcrübə qazanıblar.
Könüllü kimi fəaliyyətlərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.
BŞTİ beş ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İntizamlı, xoşrəftar, kollektivdə çalışmağı, informasiya-kommunikasiya texnologiyaları ilə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin sonuncu kursunda oxuyan gənclər BŞTİ-də üç ay təcrübə keçmək imkanı qazanırlar.
BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramı çərçivəsində 15, ikinci könüllülük proqramında 26, üçüncü könüllülük proqramı əsasında 35, dördüncü könüllülük proqramında 42, beşinci könüllülük proqramında isə 29 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstərib. Onlardan 17-si hazırda BŞTİ-nin əməkdaşıdır.

Tehsil-press.az

Oxşar xəbərlər