Avropa İttifaqı xüsusi nümayəndəsinin Bakı səfərindən razı qalıb

Avropa İttifaqı xüsusi nümayəndəsinin Bakı səfərindən razı qalıb Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Azərbaycana səfəri konstruktiv və müsbət oldu.

Tehsil-press.az-ın məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard deyib. Onun sözlərinə görə, xüsusi nümayəndə öz mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dəstək verir, Azərbaycan və Ermənistana mütəmadi səfərlər edir: "Əlbəttə ki, Avropa İttifaqı üçün hər iki tərəflə təmasda olmaq vacibdir. Biz Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllini dəstəkləyirik".

Tehsil-press.az

Oxşar xəbərlər