160 nömrəli Klassik Gimnaziyada ənənəvi “Məzun günü” təşkil olunub

160 nömrəli Klassik Gimnaziyada ənənəvi “Məzun günü” təşkil olunub Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyada ənənəvi “Məzun günü” keçirilib.
“Uğur ənənələri” layihəsi çərçivəsində təşkil olunan “Məzun günü”nün əsas məqsədi illərlə formalaşmış ənənəni davam etdirməklə məzunların məktəbə baxışı əsasında şagirdlərin təhsilə, məktəbə marağını daha da artırmaq, onların məktəbin ictimai həyatında daha fəal iştirakını təmin etməkdir.
Tədbirdə 160 nömrəli Klassik Gimnaziyanın direktoru Faina Ələkbərova 67-ci ildir ki, qeyd edilən “Məzun günü” haqqında məlumat verib, təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb.
Direktor məktəbin məzunları arasından kifayət qədər tanınmış şəxslərin çıxdığını, onların Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verdiklərini bildirib.
Çıxış edənlər “Məzun günü” ilə bağlı fikir və təəssüratlarını bildirib, məktəbi bitirən məzunların məktəblə daim əlaqə saxlamalarını təqdirəlayiq hal kimi dəyərləndiriblər.
Sonra məktəbin məzunları təhsil müəssisəsi ilə bağlı xatirələrini bölüşüblər.
Tədbir şagirdlərin ifasında şeir və ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Görüşdə məktəbin nailiyyətlərini əks etdirən divar qəzetləri, fotostendlər və ötən illərin albomlarından ibarət sərgi təşkil olunub.

Hüseyn Şərifov


160 nömrəli Klassik Gimnaziyada ənənəvi “Məzun günü” təşkil olunub160 nömrəli Klassik Gimnaziyada ənənəvi “Məzun günü” təşkil olunub

Oxşar xəbərlər