Təhsil müəssisəsinin 55 illiyi qeyd olunub

Təhsil müəssisəsinin 55 illiyi qeyd olunub Bakı şəhərindəki 158 mömrəli tam orta məktəbin 55 illiyi qeyd olunub.
Tədbirdə məktəbin direktoru Mehriban Ələkbərova təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan danışıb. O, məktəbin məzunları arasından kifayət qədər tanınmış şəxslərin çıxdığını, onların Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verdiklərini bildirib. Direktor məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdıqlarını, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərdiklərini qeyd edib.
Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Milli Məclisin deputatı İlham Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və başqaları son illər respublikamızda aparılan təhsil islahatlarından söz açıb, ümummilli lider Heydər Əliyevin hələ keçən əsrin 70-ci illərində təhsilə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman təhsilə böyük diqqət və qayğı göstərir.
Məktəbin məzunları təhsil müəssisəsi ilə bağlı xatirələrini bölüşüblər.
Sonra məktəbin uğurlarından bəhs edən videoçarx nümayiş olunub.
Tədbir incəsənət ustalarının ifası və şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.

BŞTİ-nin Mətbuat Xidməti


Təhsil müəssisəsinin 55 illiyi qeyd olunubTəhsil müəssisəsinin 55 illiyi qeyd olunub

Oxşar xəbərlər