Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində təntənəli “Məzun günü” təşkil olunub.
Təhsil Kompleksindən Təhsil-press.az-a bildiriblər ki, bu təhsil müəssisəsini müxtəlif illərdə bitirmiş məzunların iştirak etdikləri tədbirdə məktəbin direktoru, Əməkdar Müəllim Sara Xanlarova müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, Ulu Öndərin parlaq ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.
Dövlətimizin başçısının apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışan direktor ölkəmizin çox sürətlə inkişaf etdiyini, beynəlxalq aləmdə özünə layiqli yer tutduğunu diqqətə çatdırıb.
S.Xanlarova Prezident İlham Əliyevin təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu sahədə reallaşdırılan layihələrin əhəmiyyətindən bəhs edib.
Rəhbərlik etdiyi Təhsil Kompleksinin fəaliyyəti barədə məlumat verən direktor xatırladıb ki, 2010-cu ildə Prezident İlham Əliyevin tapşırığı ilə məktəb binası yenidən qurulub, əsaslı şəkildə təmir olunub və müasir avadanlıqla təchiz edilib.
S.Xanlarova vurğulayıb ki, bu təhsil müəssisəsinin məzunları arasında çox görkəmli elm və mədəniyyət xadimləri, ictimai xadimlər var. Dünya şöhrətli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva, general Akim Abbasov, Xalq Artisti Leyla Bədirbəyli və digər bir sıra məşhur şəxsiyyətlər bu məktəbin məzunları olublar. Təhsil Kompleksinin kollektivi bu məktəbin görkəmli məzunları ilə daim fəxr edir.
Tədbirdə qeyd olunub ki, Təhsil Kompleksində hazırda şagirdlərə bir neçə xarici dil - rus, fransız, ərəb, ingilis, italyan dilləri mükəmməl şəkildə öyrədilir.
Məzunlar doğma təhsil ocağının uğurlarından sonsuz qürur hissi keçirdiklərini bildirib, müəllim və şagirdlərə təhsildə nailiyyətlər arzulayıblar.
Tədbir maraqlı konsert proqramı ilə yekunlaşıb.
Təhsil-press.az