“Hər şey əladır. Xarici ölkədə təcrübədə olmaq çox fərqli hissdir. Birdən-birə öz vətənindən kənarda öyrəndiyin dilin daşıyıcıları ilə ünsiyyətdə olursan. Çətin olduğunu deyə bilmərəm. Dili bildiyim üçün çox çətinlik çəkmirəm, amma sürətli danışıqlar üçün az da olsa çətinlik var”. Bu sözləri Azərbaycan Dillər Universitetinin (ADU) Frankofon Universitet Agentliyi (FUA) ilə əməkdaşlığı çərçivəsində Fransa və Rumıniyada keçirilən pedaqoji və istehsalat təcrübələrində iştirak edən Aytən Kamandarlı bildirib. Saint-Jean-de-Luz şəhərində təcrübə keçən A.Kamandarlı ölkəmizi və universiteti layiqincə təmsil edəcəyinə inandığını söyləyib.
Avropa Şurasının Siyasi Departamentində təcrübə keçən Fəridə Musayeva da təcrübədən razıdır. Təcrübənin maraqlı keçdiyini bildirən tələbə söyləyib: “Hər gün müxtəlif konfliktlər üzərində işləyirəm. Burada fransız, ingilis dillərindən rus dilinə müxtəlif mətnləri tərcümə edir, hesabatlar yazıram. Siyasi, hüquqi mətnlər çox olsa da universitetimizdə belə mətnlər üzərində çox işlədiyimizdən mənə çətinlik yaratmır”.
“Hazırda bizim yaşadığımız hisslər Azərbaycan Dillər Universitetində təhsil alan hər tələbənin arzusudur. Xaricdə təcrübə keçmək həqiqətən də çox fərqli bir duyğudur. İlk bir neçə gün bizə çətin olsa da, artıq özümüzdəki irəliləyişi hiss edə bilirik. Hər şey təsəvvür olunmayacaq qədər möhtəşəmdir” sözləri isə tələbələrdən Lalə Dadaşovaya məxsusdur.
Fransanın Bordo şəhərində təcrübədə olan Rəna Rüstəmova da başqa ölkədə təcrübə keçməyin mükəmməl hiss olduğunu bildirib.
Xatırladaq ki, Azərbaycan Dillər Universitetinin Frankofon Universitet Agentliyi ilə əməkdaşlığı çərçivəsində 7 tələbə ilk dəfə olaraq Fransa və Rumıniyada keçirilən pedaqoji və istehsalat təcrübələrində iştirak edir.
ADU-nun Mətbuat Xidməti