ADU-da pedaqoji təcrübəyə həsr olunmuş yekun konfrans keçirilib

ADU-da pedaqoji təcrübəyə həsr olunmuş yekun konfrans keçirilib Azərbaycan Dillər Universitetində (ADU) 2016-2017-ci tədris ili üzrə pedaqoji təcrübəyə həsr olunmuş yekun konfrans keçirilib.
Konfransda açılış nitqi ilə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev pedaqoji təcrübənin mahiyyətindən danışaraq 14 həftə ərzində qazanılan biliklərin tələbələrin gələcək iş fəaliyyətlərinə öz töhfəsini verəcəyinə əminliyini bildirib. Eyni zamanda, professor qeyd edib ki, pedaqoji təcrübə tələbələrə universitetdə yiyələndikləri bilik, bacarıq və vərdişləri inkişaf etdirərək onu peşəkar səviyyədə ifadə edə bilmək bacarığı aşılayır. Yalnız praktik biliklərin təkmilləşdirilməsi ilə nailiyyətin əldə oluna biləcəyini söyləyən Ə.Abdullayev təcrübəni başa vuran tələbələrə uğurlar arzulayıb.
Daha sonra ADU-nun Təcrübə, professional inkişaf və karyera mərkəzinin direktoru, universitet üzrə pedaqoji təcrübənin rəhbəri Məmməd İsmayılov pedaqoji təcrübənin gedişatı haqqında təqdimatla çıxış edib. O, təcrübənin müddəti, iştirakçılar və onların məktəblərdəki fəaliyyəti, yekun nəticələr, məktəblərdə keçirilən sorğunun nəticələri və onlardan irəli gələn təkliflər haqqında geniş məlumat verib.
Konfrans tələbələri maraqlandıran sualların cavablandırılması və təkliflərin müzakirə olunması ilə başa çatıb.
Qeyd edək ki, konfransda pedaqoji təcrübə müddətində fərqlənən tələbələr mükafatlandırılıb.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər