Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda məşhur azərbaycanlı alim-şərqşünas Sara Aşurbəylinin xatirəsinə həsr olunmuş “Azərbaycanda çinşünaslığın tarixi” mövzusunda elmi-tələbə seminarı keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov S.Aşurbəylinin Azərbaycan tarixi elminin inkişafına verdiyi töhfələr barədə danışıb. S.Aşurbəylinin orta əsrlərdəki Azərbaycan ilə Çin arasında iqtisadi və mədəni əlaqələrə həsr olunan əsərlərinə diqqət çəkən R.Abbasov görkəmli alimin Azərbaycan sinologiyasının təməlini qoyduğunu vurğulayıb. R.Abbasov xatırladıb ki, S.Aşurbəylinin Azərbaycan elm və təhsilinin inkişafında nailiyyətlərini yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1996-cı ildə onun anadan olmasının 90-cı ildönümü münasibətilə “Şöhrət” ordeni ilə təltif edib, eyni zamanda Opera və Balet Teatrında qeyd olunan yubileyində iştirak edib.
Daha sonra ADU tələbələri S.Aşurbəylinin həyat səhifələri, elmi-tədris fəaliyyəti və bədii yaradıcılığından danışıblar. Seminarda iştirak edən Sara xanımın yaxınları Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn İdarəsinin dosenti Yevgeniya Aşurlu, Ramiz Aşurlı və Sevda Aşurbəyli böyük alim haqqında xatirələrini, Azərbaycana və Azərbaycanın tarixinə olan sərhədsiz məhəbbəti və marağı haqqında fikirlərini bölüşüblər.

ADU-nun Mətbuat Xidməti