Azərbaycanlıların ortaq olduğu şirkət böyük ərazi aldı - İstanbulda

Azərbaycanlıların ortaq olduğu şirkət böyük ərazi aldı - İstanbulda İstanbulda Carrefoursa adlı hipermarket, avtopark və ticarət mərkəzindən ibarət olan 63 min kvadratmetrlik ərazi 145 milyon lirəyə satılıb.
Ərazini azərbaycanlı və qətərli iş adamlarının ortaq olduğu “Re-Pie” Əmlak İnvestisiya Fondu (Re-Pie Gayrimenkul Yatırım Fonu) alıb.
Fondun rəhbəri Həsən Bayhan ərazini aldıqlarını təsdiqləyib. O, bildirib ki, ərazinin gələcəkdə baha qiymətə satılması, kirayə verilməsi və ya orada univetsitet, xəstəxana tikilməsi nəzərdə tutulur: “Biz bu ərazinin qiymətinin 400-500 milyon lirəyə qalxmasını gözləyəcəyik”.
Rəhbərlik etdiyi fonda Azərbaycan və Qətər firmalarının investisiya qoyduğunu deyən Bayhan bildirib ki, anlaşmaya görə həmin pulları 5 ildən tez geri çəkmək mümkün deyil.

Tehsil-press.az

Oxşar xəbərlər