Gözdən əlillər üçün aksiya keçirilib

Gözdən əlillər üçün aksiya keçirilib Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə aksiya keçirilib.
Mərkəzin direktoru, respublikanın baş oftalmoloqu, professor Elmar Qasımovun təşəbbüsü ilə baş tutan aksiyada məqsəd maarifləndirmə işləri aparmaq və bu xəstəliklə mübarizənin yollarını göstərməkdir.
"Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İçtimai Birliyində reallaşan aksiyada 100-ə qədər gözdən əlil vətəndaş müayinə olunub və onlardan ehtiyacı olanlara eynəklər verilib.
Milli Oftalmologiya Mərkəzinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın sözlərinə görə, mərkəz vaxtaşırı həm Bakıda, həm də bölgələrdə göz xəstəlikləri ilə bağlı əhali arasında geniş maarifləndirmə tədbirləri aparır, müayinə və müalicə edir.
Onun sözlərinə görə, bu gün dövlət səviyyəsində göz xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş çoxlu sayda tədbirlər həyata keçirilir. Bu aksiya da bu tədbirlər çərçivəsində reallaşdırılıb.
"Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyinin prezidenti Səmyar Abdullayev ölkəmizdə gözdən əlillərə qayğı ilə yanaşdığını bildirib.
O, aksiyada iştirak edən və əməyi olan Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün həkimlərinə dərin təşəkkürünü bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər